Rusiya koronavirusla mübarizədə həmrəylik jestinə görə Azərbaycana təşəkkür edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya koronavirusla mübarizədə həmrəylik jestinə görə Azərbaycana təşəkkür edib.
Milli.Az xəbər verir ki, Trend bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.
Məlumatda qeyd olunur: "Aprelin 9-da müasir Azərbaycanın memarlıq olan Heydər Əliyev Mərkəzində Rusiya bayrağının rəngləri işıqlandırılıb. Dünyada davam edən bu mürəkkəb vəziyyətdə yaxın dostun, qonşu və etibarlı tərəfdaşın dəstəyi xüsusilə vacibdir".
Məlumatda, həmçinin ölkə rəhbərliyinə, Heydər Əliyev Mərkəzinə və bütün Azərbaycan xalqına koronavirusla mübarizədə Rusiya və rus xalqı ilə dostluq və həmrəylik jestinə görə minnətdarlıq ifadə olunub:
"Rusiya tərəfi də Azərbaycana münasibətdə səmimi hisslər keçirir, pandemiyanın fəsadlarının aradan qaldırılması üzrə bütün səylərini dəstəkləyir".
Qeyd edək ki, aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus ("COVID-19") xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.
Aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.
Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu





