Dünya

Qazaxıstan martın 16-dan etibarən Avropaya uçuşların sayını azaldır

13 Mart 2020 08:03
0 Şərh     Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun pandemiyası ilə əlaqədar Qazaxıstanda beynəlxalq aviasiya daşımalarına qarşı əlavə məhdudlaşdırıcı tədbirlər görülür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev bildirib ki, Qazaxıstan Avropa və bir sıra digər ölkələrə uçuşların sayını azaldır.

Hazırda Qazaxıstan Avropa İttifaqı ölkələrinə həftədə 25 aviareys yerinə yetirir. Martın 16-dan etibarən bəzi istiqamətlər üzrə, İstanbul, Frankfurt, Amsterdam, London, Praqa, Dubay, Əbu-Dabi istiqamətlərində həyata keçirilən reyslərin sayı azalacaq.

Berik Kamaliyev bildirib ki, Avropada və başqa ölkələrdə olan Qazaxıstan vətəndaşlarının bu reyslərlə ölkəyə qayıtmaq imkanı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.