Dünya

Litvada koronavirusun qarşısının alınması məqsədilə dövlət ehtiyatından 1 milyon avrodan çox vəsait ayrılıb

13 Mart 2020 02:30
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litva hökuməti koronavirusun qarşısının alınması məqsədilə dövlət ehtiyatından 1,24 milyon avro ayırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu vəsait Səhiyyə Nazirliyinə fərdi qoruyucu vasitələrin − respiratorların (80 min ədəd), əl üçün dezinfeksiyaedici vasitələrin (100 min litr) alınması üçün ayrılıb.

Qeyd edək ki, koronavirus təhlükəsinin qarşısını almaq məqsədilə hökumət fevralın 26-da ölkədə fövqəladə vəziyyət elan edib. Elə həmin gün əlavə ehtiyat vasitələrin alınması məqsədilə dövlət ehtiyatından 150 min avro ayrılıb.

Hazırda Litvada ölkə xaricində virusa daha çox məruz qalmış ərazilərdən qayıdan 5,5 mindən çox insan nəzarət altına alınıb və hələlik koronavirusa bir yoluxma halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.