Dünya

Facebook Ben Ladenə qadağa qoydu

19 Aprel 2010 11:00
Baxış: 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az lenta.ru saytına istinədn xəbər verir ki, hələlik "Əl-Qaida" liderinin adına akkaunt yaratmış şəxs və ya qrupun kimliyi müəyyənləşdirilməyib. ABŞ-ın müvafiq orqanlarının bununla bağlı araşdırmaya başlayacağı istisna olunmur. Sosial şəbəkənin administrasiyası isə araşdırmanın nəticəsini gözləmədən akkauntu bağlayıb.

"Bizdə insanlar tez-tez məşhur şəxslərin adına akkaunt yaradır. Amma Facebook-da bunun qarşısının alınması imkanları var", - deyə resursun təmsilçisi Endryu Noyens bildirib. Onun sözlərinə görə, bin Laden akkauntu bu il martın 25-də yaradılıb və bu dövrdə özünə 1000-dən artıq dost toplaya bililb. Onun səhfəsində yerləşdirilmiş əsas materiallar isə radikal islamçılara məxsus saytlardan götürülmüş videomüraciətlər olub.

Akkauntun sahibi özünü "mücahidlərin şahzadəsi" kimi təqdim edib və ünvanını "dünya dağları" kimi göstərib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.