Rusiyanın Sankt-Peterburq şəhərində tələbələr yoldaşlarından birinin evində spirtli içki qəbul edərək əyləncə təşkil ediblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əyləncənin gedişində ev sahibi seyfi açaraq travmatik tapançasını götürüb. Silahın doldurulmadığını düşünən tələbə öz başına atəş açıb. Nəticədə, hadisə yerindəcə həlak olub.
Milli.Az