Ölkə

İslam Rzayev yüksək vəzifəli şəxsin dayısı imiş - FOTO

30 Oktyabr 2025 21:17
Baxış: 1 108
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, icra başçısı İslam Rzayev saxlanılıb.

Milli.Az "Sfera.az"a istinadən xəbər verir ki, sabiq icra başçısı İslam Rzayev maliyyə nazirinin müşaviri Elman Mehdiyevin dayısıdır.

E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır.

Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, İ.Rzayev 2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.