İçkili tələbə özünü güllələyib öldürdü - Əyləncə gecəsi FACİƏ İLƏ BİTDİ

10 Mart 2020 16:54

Rusiyanın Sankt-Peterburq şəhərində tələbələr yoldaşlarından birinin evində spirtli içki qəbul edərək əyləncə təşkil ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əyləncənin gedişində ev sahibi seyfi açaraq travmatik tapançasını götürüb. Silahın doldurulmadığını düşünən tələbə öz başına atəş açıb. Nəticədə, hadisə yerindəcə həlak olub.

Milli.Az