Dünya

Koronavirus “Lexus” istehsalını da vurdu

10 Mart 2020 16:29
0 Şərh     Baxış: 1 957
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiyanın böyük "Toyota Motor" avtoşirkəti koronavirus səbəbindən hazırda maşın bazarında yaşanan böhranla əlaqədar "Lexus" avotmobillərinin istehsalnda ixtisar etmək barədə qərar qəbul edib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, istehsalda ixtisar təxminən 6 faiz təşkil edəcək və martın 16-dan qüvvəyə minəcək.

Qeyd olunur ki, istehsalatda "Lexus"ların istehsalında azalma müvəqqəti olaraq 2 həftəlik həyata keçiriləcək. Məsələ ondadır ki, ABŞ-dan sonra "Toyota" şirkəti məhsullarının realizəsi üçün ikinci əsas bazar Çindir, lakin məlum epidemiya səbəbindən hazırda bazarda durğunluq yaşanır.

Qeyd edək ki, keçən il Çin bazarında təkcə "Lexus" markalı avtomobillərin satışı 1,62 milyon ədəd təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.