Dünya

"Alitalia" uçuş cədvəllərini dəyişir

8 Mart 2020 23:57
0 Şərh     Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Alitalia" aviaşirkəti hökumət tərəfindən koronavirusa görə bir sıra ərazilərə giriş və çıxışların qadağan olunması ilə əlaqədar Milan və Venesiya hava limanlarında uçuş cədvəllərinin dəyişdirildiyini bəyan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl Baş Nazir Cuzeppe Konte 15 vilayət barədə sərəncam imzalayıb. Sərəncama əsasən bu zonanın daxilinə giriş və çıxış yalnız iş və ya sağlamlıq baxımından məcburiyyət olanda icazə verilir. Məhdudiyyətlər 16 milyondan artıq vətəndaşa şamil edilib.

Aviaşirkət martın 9-dan yalnız Milanın "Linate" aeroportunda daxili reyslər edəcəyini bildirib. Bundan əlavə, Alitalia "Malpens" aeroportunda bütün daxili və beynəlxalq uçuşlar dayandırır.

Bununla belə, aviaşirkət Venesiya və Roma arasında uçuşları davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.