Dünya

Serbiya miqrantlar üçün sərhədlərini bağlayır

8 Mart 2020 11:19
1 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiya ölkəyə keçmək istəyən miqrantlar üçün sərhədlərini bağlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç bu addımı milli təhlükəsizliyin qorunması baxımından labüd hesab etdiklərini deyib. Bununla bağlı ölkə başçısı qoşun rəhbərliyinə, Daxili İşlər Nazirliyinə və Təhlükəsizlik üzrə Agentliyə müvafiq göstərişlər verib.

Lakin Prezident hər hansı bir xaosun yaşanmayacağına ümidvar olduğunu da açıqlayıb. "Serbiya qaçqınlara humanist yanaşır, lakin ölkə bunun üçün qurbanlar verməyə hazır deyil", - deyə A.Vuçiç əlavə edib.

Qeyd edək ki, kifayət qədər strateji mövqedə yerləşən Serbiya Xorvatiya və Macarıstan ilə həmsərhəddir. Hazırda ölkədə 6000 qaçqın var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.