Dünya

İranda daha bir deputat koronavirusdan öldü

7 Mart 2020 16:18
0 Şərh     Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran parlamentinə yenidən deputat seçilmiş Fatimə Rəhbər yeni koronavirus (COVID 19) nəticəsində dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mötəlifə Eslami partiyasının mərkəzi şurasının üzvü İranın xəstəxanalarından birində yeni virusa görə müalicə olunurdu.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ötən gün (6 mart) 4 747 nəfərin yeni koronavirusa yoluxduğunu, 124 nəfərin öldüyünü təsdiqləyib.

İranın bir sıra rəsmiləri, o cümlədən prezidentin müavini, parlamentin 20-dən çox deputatı, səhiyyə nazirinin müavini və digər rəsmilər yeni koronavirusa yoluxub.

İndiyədək İranın Vatikandakı sabiq səfiri, İran parlamentinin 2 deputatı və bir sıra digər rəsmilər koronavirus nəticəsində dünyasını dəyişmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.