ABŞ Prezidenti Donald Tramp martın 12-də İrlandiya Respublikasının Baş naziri Leo Varadkarla Ağ Evdə görüşəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibliyi xəbər yayıb.
"ABŞ prezidenti [Donald Tramp] və İrlandiyanın Baş naziri [Leo Varadkar] ABŞ-İrlandiya münasibətlərinin möhkəmləndirilməsi yollarını, iqtisadi və mədəni əlaqələri, həmçinin Belfast razılaşmasına birgə sadiqliyi müzakirə edəcəklər", - deyə məlumatda bildirilir.
Milli.Az