Dünya

İtaliyada koronavirus qurbanlarının sayı 197-yə yüksəlib

7 Mart 2020 08:38
0 Şərh     Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada bazar ertəsindən bəri 49 nəfər koronavirusdan ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli brifinqdə bildirib.

Beləliklə, ölkədə virusa yoluxmadan ölənlərin ümumi sayı 197 nəfərə çatıb.

Ölənlərin 62-95 yaşı aralığında olduğu bildirilir. Ölümlərin çoxu Lombardiyanın şimalında qeydə alınıb - 135 hadisə. Gündə ümumi yoluxmanın sayı demək olar ki, 800-ə qədər artaraq (ölənlər də daxil) 4636 nəfərə olub.

Borrelli bildirib ki, son bir gündə daha 109 nəfər sağalıb, onların ümumi sayı 523 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.