Dünya

İranda koronavirusdan ölənlərin sayı artdı

6 Mart 2020 19:59
0 Şərh     Baxış: 1 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 124 nəfərə çatıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. 

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində bu virusdan 17 nəfər dünyasını dəyişib və 1 234 yeni yoluxma tәsdiqini tapıb.

Onun sözlərinə görə, İranda ümumilikdə 4 747 nəfər bu virusa yoluxub.

Nazirlik rәsmisi 913 nәfәrin sağaldığını deyib.

İran xәstәxanalarında koronavirusa yoluxma şübhәlilәrinin sayı tәxminәn 16 min nәfәrdir.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 3513 nəfərin yeni koronavirusa yoluxduğunu, 107 nəfərin dünyasını dəyişdiyini, 739 nəfərin sağaldığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.