Dünya

Vatikanda da koronavirus aşkarlandı

6 Mart 2020 18:09
0 Şərh     Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vatikanda da ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə Müqəddəs Taxt-tacın çap xidmətinin başçısı Matteo Bruni deyib. Virusa yoluxanın kimliyi açıqlanmayıb.

Son məlumata görə, Vatikanda qeydə alınmış yoluxma faktı ilə bərabər İtaliyada koronavirusa yolxanların sayı 3858 nəfərə çatıb. Bu virusdan İtaliyada ölənlərin sayı isə 148 nəfərdir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.