Dünya

Avstraliya Cənubi Koreyadan gələnlərin ölkəyə girişinə qadağa qoyub

5 Mart 2020 14:54
0 Şərh     Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya hökuməti Cənubi Koreyadan əcnəbi vətəndaşların ölkəyə daxil olmasını qadağan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrisonun bəyanatında deyilir.

Bundan əvvəl, Avstraliya Çin və İranla bağlı müvafiq qərarı qəbul etmişdi.

Qərara əsasən, martın 5-dən başlayaraq Cənubi Koreyada olan xarici vətəndaşlar bu ölkədən çıxdıqdan sonra 14 gün ərzində Avstraliyaya gələ bilməyəcək.

Eyni zamanda Cənubi Koreyada olan Avstraliya vətəndaşları iki həftə müddətinə karantinə alınacaq.

Qeyd edək ki, Avstraliyada koronavirusa yoluxanların sayı 43 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.