Dünya

Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı: Türkiyə F-16-ları havaya qaldırıldı

5 Mart 2020 11:34
8 Şərh     Baxış: 4 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdlibdə Türkiyə ordusunun "Bahar qalxanı" əməliyyatı apardığı bölgədə gərginlik yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarələri həyəcan siqnalı ilə havaya qaldırılıb.

Türkiyə təyyarələrinin havaya qaldırılmasına səbəb isə Rusiyaya məxsus döyüş təyyarələrinin "Bahar qalxanı" əməliyyatının aparıldığı bölgəyə yaxınlaşması olub.

Havaya qaldırılan Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcıları komandanlığın əmri əsasında Suriya sərhədi boyu bir müddət uçuş həyata keçirib.

Rusiyaya məxsus döyüş təyyarələrinin əməliyyat bölgəsindən uzaqlaşmasından sonra gərginlik sona çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.