Dünya

Suriyanın hava hücumundan müdafiə qüvvələri iki raket hücumunu dəf edib

5 Mart 2020 08:03
1 Şərh     Baxış: 1 195
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Suriya Hava Hücumundan Müdafiə Qüvvələri Homs və Əl Quneitra əyalətlərinə edilən hücumları dəf edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli kütləvi informasiya vasitələri bildiriblər.

Sham FM radiostansiyası xəbər verib ki, hava hücumundan müdafiə qüvvələri Homs əyalətinə atılan bütün raketləri endirməyə müvəffəq olub.

Öz növbəsində, SANA agentliyi Əl Quneitra əyalətində raket hücumunun dəf edilməsi barədə məlumat verib. Bildirilib ki, hücumlar İsrail təyyarələri tərəfindən Livan hava məkanından və Qolan yüksəkliklərindən həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.