Dünya

Qarabağ separatçılarının potensial lideri Paşinyanı HƏDƏLƏDİ

4 Mart 2020 21:05
0 Şərh     Baxış: 2 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma Qarabağ rejimi martın 31-də "seçki"lər keçirəcək.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Daşaltı kəndində tərəfdarlarını ətrafına yığan "prezidentliyə namizəd" Vitali Balasanyan Ermənistan hakimiyyətinin Qarabağla bağlı yanaşmasını təhlükəli hesab edib. Onun fikrnicə, Qarabağın Azərb aycanlı İcmasının sədri Tural Gəncəliyevin ABŞ səfiri ilə görüşü Yerevan üçün təhlükəli siqnaldır.

"ABŞ səfiri Azərbaycan icmasının nümayəndələrini dəvət edirsə, bu artıq onları tanıması anlamına  gəlir. Demək istəyirəm ki, Ermənistandan baş verən inqilan Qarabağa daşınsa, bu hamımızın məğlubiyyəti olacaq".

Xatırladaq ki, Vitali Balasanyan general-mayor rütbəsi daşıyır. Qondarma seçkilərdə əsas "namizədlər"dən olan eks-komandir "Qarabağ klanı"nın əın etibarlı simalarından biri və Paşinyanın qatı düşməni sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.