Dünya

Məscidlərdə cümə namazları ləğv edildi - Koronavirus...

4 Mart 2020 21:11
0 Şərh     Baxış: 1 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran koronavirusa görə daha bir mühüm qərar verib.  

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, ölkənin bütün əyalətlərindəki məscidlərdə cümə namazları ləğv edilib. Bununla bağlı aidiyyəti qurum tərəfindən qərar qəbul olunub.

Ötən həftə də paytaxt Tehran daxil olmaqla 23 əyalətdə cümə namazı təxirə salınmışdı.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb. 

Ruhani isə bugünkü açıqlamasında ölkənin bütün şəhərlərində virusun yayıldığını açıqlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.