Dünya

Türkiyə Milli Müdafiə Nazirliyi: 3 min 138 hərbçi zərərsizləşdirilib

4 Mart 2020 16:42
0 Şərh     Baxış: 1 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Milli Müdafiə Nazirliyi "Bahar Qalxanı" əməliyyatı həyata keçirilməyə başladığı gündən bəri 3 min 138 rejim ünsürünün zərərsizləşdirildiyini bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda "Bahar Qalxanı" əməliyyatının həyata keçirildiyi bölgədə rejim ünsürlərinin açdığı atəş nəticəsində 2 əsgərin şəhid olduğu, 6 əsgərin yaralandığı qeyd edilib:

"Həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, ailəsinə, Türk Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı və səbr diləyirik. Yaralı əsgərlərimizə isə şəfa diləyirik. Şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, bundan sonra da qoymayacağıq. Əməliyyat başladığı gündən bəri 3 təyyarə, 8 helikopter, 3 pilotsuz uçuş aparatı (PUA), 151 tank, 52 yaylım atəşli reaktiv sistem, 8 hava hücumundan müdafiə sistemi, 12 tank əleyhinə qurğu, 4 minaatan, 24 zirehli texnika, 27 zirehli döyüş maşını, 34 pikap, 60 hərbi maşın, 10 silah-sursat anbarı məhv edilib, 3 min 138 rejim ünsürü zərərsizləşdirilib", - deyə məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.