Dünya

Tom Steyer də ABŞ-da prezident yürüşündən çıxıb

2 Mart 2020 23:34
0 Şərh     Baxış: 1 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milyarder və ekologiya fəalı Tom Steyer 2020-ci ilin prezident yürüşündən çıxdığını elan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, bu qərarı Cənubi Karolinada praymerizdə Co Baydenin qələbəsindən sonra qəbul edib.

Steyer Cənubi Karolinada öz tərəfdarları qarşısında çıxışında onların dəstəyinə görə təşəkkür edib və Amerika siyasətində iştirakını davam etdirəcəyini vəd edib. O, həmçinin vurğulayıb ki, demokratlardan prezident vəzifəsinə hər hansı namizəd Donald Trampdan daha yaxşı prezident olacaq.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.