Dünya

Moskvada koronavirusa ilk yoluxma faktı

1 Mart 2020 23:25
0 Şərh     Baxış: 3 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidməti Moskvada koronavirusa ilk yoluxma faktını təsdiqləyib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Lenta.ru" saytı "Baza" Teleqram-kanalına istinadən xəbər verib

Qeyd edilir ki, Rusiyada koronavirus diaqnozunun qoyulması üç mərhələləri prosedur əsasında həyata keçirilir. Əvvəlcə diaqnoz Moskvanın 1 nömrəli infeksion xəstəxanasında qoyulub, daha sonra Xidmət tərəfindən təsdiqlənib. İndi analizlər yekun qərarın çıxarılması üçün "Vektor"a göndərilib.

Bildirilir ki, 1 saylı infeksion xəstəxanada həmin şəxslə eyni palatada daha altı nəfər yatırdı. Kişidə koronavirus aşkarlanan kimi onu ayrı boksa köçürüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.