17:24
Türkiyə ordusu Suriya rejiminə məxsus iki "Su-24" qırıcı təyyarəsini məhv edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qırıcı təyyarələr Suriyanın İdlib vilayətində Türkiyə ordusunun mövqelərinə təhdid yaratdığı üçün vurulub. Eyni zamanda İdlibdə Türkiyəyə məxsus silahlı pilotsuz aparatı vuran iki hava hücumundan müdafiə sistemi də sıradan çıxarılıb.
----------
15:53
Suriya ordusu isə hədələyir
Milli.Az musavat.com-a istinadən bildirir ki, "Reuters" agentliyinin xəbərinə görə, Suriya ordusu bəyan edib ki, Suriyanın cənub-qərb ərazisindəki hava məkanını bütün təyyarələr və dronlar üçün qapadıb. Bu əraziyə daxil olan istənilən uçaq düşmən hədəf kimi dərhal məhv ediləcək.
"Reuters" agentliyi bu xəbəri Suriyanın "SANA" dövlət agentliyinə istinadən verib.
"Reuters" agentliyinin Türkiyənin "Anadolu" agentliyinə istinadən yaydığı digər xəbərində isə bildirilir ki, Türkiyə ordusu Suriya ordusuna məxsus qırıcını İdlib yaxınlığında vuraraq, yerə salıb.
Milli.Az