Dünya

Slovakiyada parlament seçkilərində səsvermə başa çatıb

1 Mart 2020 08:36
0 Şərh     Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Slovakiyada Milli Şuraya (parlament) keçirilən seçkilərdə səsvermə yerli vaxtla saat 23:00-da başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə seçkilər və siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üzrə dövlət komissiyasından bildiriblər.

Məlumata əsasən, yerli vaxtla saat 22:00-da başa çatmalı olan səsvermə məntəqələrdən birində seçki komissiyasının üzvlərindən birinin ölümü səbəbindən 1 saat gec başa çatıb.

Bildirilir ki, səsvermə zamanı respublikanın 2926 yaşayış məntəqəsində 5998 seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərdə 23 partiya və 1 partiya koalisiyası iştirak edir. Seçkilərin rəsmi nəticələrinin bu gün bəyan ediləcəyi gözlənilir.

Qeyd edək ki, təxminən 5,4 milyon əhalisi olan Slovakiyada 4 445 000 vətəndaş səsvermə hüququna malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.