Dünya

Fransada COVID-19 koronavirusla bağlı vəziyyət

29 Fevral 2020 21:15
0 Şərh     Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada COVID-19 koronavirusla bağlı vəziyyət getdikcə gərginləşir. Vəziyyət belə davam etsə ölkədə keçiriləcək bələdiyyə seçkiləri ləğv edilə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 27-də ölkədə virusa yoluxanların sayı 18-dən 38-ə çatıb. Fevralın 28-də Səhiyyə naziri yoluxanların sayının 57 olduğunu bildirərək, ölkədə epidemiya ilə bağlı yeni mərhələnin başlandığını qeyd edib. Virusun ölkə ərazisində yayıldığını və ona qarşı mübarizə aparmaq üçün göstərilən qaydalara riayət edilməsinin zərurətini diqqətə çatdırıb.

Ölkədə iki həftədən sonra bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin təşkili və xərclər çox olsa da, məktəblər bağlanarsa və qarşıdan gələn günlərdə şəhərlərdə daha çox yoluxma qeydə alınarsa, icra hakimiyyəti rəhbərliyi fikrini dəyişməsi və seçkilərin başqa vaxta keçirilməsi ehtimalı var. Ölkədə insanların bir yerdə çox sayda toplaşmasından yayınmaq üçün seçkilərin ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir.

Karantinə yerləşdirilmiş insanlara sığorta təşkilatları tərəfindən 20 günlük kompensasiya ödəniləcək.

Parisdəki beynəlxalq təşkilatlarda mart ayı üçün əvvəlcədən planlaşdırılmış beynəlxalq tədbirlər ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.