Dünya

Öcalanın qaldığı həbsxananın yerləşdiyi İmralı adasında meşə yanğını başlayıb

27 Fevral 2020 15:24
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK terror təşkilatının lideri Abdullah Öcalanın qaldığı həbsxananın yerləşdiyi İmralı adasında meşə yanğını başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, meşə yanğını həbsxanadan aralıda qeydə alınıb, yanğın böyük ərazini əhatə etmir.

Onun sözlərinə görə, yanğının qısa müddət ərzində söndürülməsi istiqamətində iş aparılır.

Xatırladaq ki, 1999-cu ildə həbs edilən PKK terror təşkilatının lideri Abdullah Öcalan 21 ildir İmralı adasında yerləşən həbsxana saxlanılır. O, ömürlük azadlıqdan məhrum edilib. Həbsxanada PKK lideri ilə bərabər, 8 məhkum da var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.