Dünya

İngiltərədə koronavirus qərarı - “Məktəblər, ictimai nəqliyyat...”

26 Fevral 2020 16:36
0 Şərh     Baxış: 1 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə koronavirusa görə insanların yoxlanışdan keçirilməsinə qərar verilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, ölkə rəhbərliyi xəstəliyin yayılmasının qarşısını almaq üçün lazım olduğu təqdirdə məktəblərin bağlana biləcəyini bildirib.

İngiltərənin İctimai Səhiyyə Agentliyi qeyd edib ki, həftədə 600 nəfərin yoxlanılması nəzərdə tutulub. Yoxlanış prosesində 100 sağlamlıq klinikası və 11 xəstəxana iştirak edəcək.

Agentliyin prezidenti Kris Uitti deyib ki, virusla əlaqədar ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər:

"Çox narahatam. Yoluxan şəxsin vəziyyəti ağırlaşarsa, onun ailəsi də karantinaya alınacaq".

İngiltərə Səhiyyə naziri Mett Henkok vətəndaşlarına İtaliyanın karantin altındakı 11 şəhərinə getməməyi tapşırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.