Dünya

Böyük Britaniya və Avropa İttifaqı arasında ticarət danışıqları martın əvvəlində keçiriləcək

26 Fevral 2020 08:59
1 Şərh     Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) nazirləri Böyük Britaniyalı nümayəndələr ilə Brexit sonrası səlahiyyətlərini təsdiqləmək və ticarət danışıqlarına başlamaq üçün görüşəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Aİ standartlarının gələcəkdə hər hansı bir ticarət sövdələşməsində istinad nöqtəsi kimi xidmət etməsi üçün ittifaqın Ümumi İşlər Şurası tərəfindən təsdiqlənən sənəd, Mişel Barniyer tərəfindən aparılacaq gələcək danışıqlar üçün əsas olacaq.

Yekun razılaşmanın internetdə yayımlanması və cümə axşamı parlamentə təqdim olunması gözlənilir.

Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı arasında ticari danışıqların ilk turu martın 2-də Brüsseldə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.