Dünya

Lavrovdan gürcü jurnalistlərə sərt reaksiya - “Xəstəsiniz”

25 Fevral 2020 23:18
0 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT-nin Cenevrədəki ofisində ona sual verməyə çalışan gürcü jurnalistlərə sərt cavab verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Lavrov qadın jurnalistlərin onun Tbilisiyə gedib-getməyəcəyi ilə bağlı suala "qızlar, siz xəstəsiniz" sözləri ilə reaksiya göstərib.

Daha sonra XİN nümayəndəsi Mariya Zaxarova sosial şəbəkədə post paylaşaraq gürcü qadın jurnalistlərin qışqıraraq Lavrovu itələdiklərini iddia edib və onların bu davranışlarını "acınacaqlı mənzərə" adlandırıb.

"Mən irəli getmək üçün ləyaqətini itirən həmin qadınları geri çəkməli oldum", - deyə Zaxarova qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.