Dünya

Peruda iki avtobusun toqquşması nəticəsində ən az 11 nəfər öldü

25 Fevral 2020 07:55
0 Şərh     Baxış: 648
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Perunun cənubundakı Arekipa əyalətində iki avtobusun toqquşması nəticəsində ən az 11 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli "RPP" radiosu xəbər yayıb.

Qeyd olunub ki, iki avtobus fevralın 24-də Arekipa əyalətindəki Panamericana Sur avtomobil yolunda toqquşub. Qəzada 11 nəfərin öldüyü təsdiq edilib. Onlardan altısı yerində, daha beşi xəstəxanalarda həlak olub. Daha 40 nəfər tibbi yardım göstərilməsi üçün yerli xəstəxanalara yerləşdirilib.

Qəza səbəbinin yüksək sürət olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.