Dünya

İtaliyada koronavirusa yoluxanların sayı 79 nəfərə çatıb

23 Fevral 2020 09:38
0 Şərh     Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada yeni növ koronavirusa yoluxanların sayı 79 nəfərə çatıb, onlardan ikisi ölüb və yalnız bir nəfər sağalaraq xəstəxananı tərk edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.

Borrelli Nazirlər Şurasının təcili iclasının yekununa dair keçirilən mətbuat konfransında çıxış edərkən deyib ki, virusa yoluxma halı artıq ölkənin 5 bölgəsində qeydə alınıb.

"Lombardiyada daha çox yoluxma halı var - 54 nəfər. Venetoda 17, Emiliya-Romanyada 2, Latsioda 2 və Pyemontedə 1 nəfər bu virusun daşıyıcısıdır", - deyə Borrelli əlavə edib.

Onun sözlərinə görə, 51 nəfər xəstəliyin simptomları ilə xəstəxanaya yerləşdirilib, onlardan 18-i intensiv terapiya şöbəsindədir, daha 11 nəfər ev şəraitində saxlanılır, çünki onlarda xüsusi simptomlar aşkar edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.