Dünya

Fransanın ən köhnə AES-nin işi dayandırılır

23 Fevral 2020 08:55
0 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Fessenhaym bölgəsində fevralın 22-də ölkədə mövcüd olan ən köhnə atom elektrik stansiyasının birinci reaktoru dayandırıldı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir qədər əvvəl stansiyanın bağlanmasını ölkədə enerji sektorunda yeni siyasətinin başlanğıcı adlandıran müvafiq sənəd dərc edilib.

Dövlət xəzinəsi bütün nüvə stansiyalarını idarə edən "EDF" qurumuna stansiyasının bağlanmasına görə ən az 400 milyon avro ödəyəcək. AES-nın 2000 işçisinin yeni ixtisaslara yiyələnməsi üçün və ya yeni iş yerləri tapmaqda dastək məqsədi ilə şəhər meriyasına 30 milyon avro veriləcək.

Xatırladaq ki, stansiya 43 il əvvəl istifadəyə verilmişdir.

Fessenhaym atom elektrik stansiyasının işinin tam dayandırılması cari ilin iyun ayının 30-a planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.