Dünya

Almaniyada məhkəmə "Tesla"ya meşə massivini kəsməyə icazə verdi

23 Fevral 2020 08:44
0 Şərh     Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Qrünhayd bölgəsində elektrik nəqliyyat vasitələri istehsalçısı "Tesla"nın meşə massivinin ağaclarını kəsməyə davam etməsinə icazə verilib. Berlin və Brandenburq Ali İnzibati Məhkəməsi, amerikan şirkətini "yaşıl riyakarlıqda" və vəhşi təbiətə zərər vurmaqda günahlandıran ekoloji təşkilatların şikayətini rədd edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avropada ilk "Tesla" zavodunun inşası çərçivəsində 91 hektar meşənin kəsilməsi planlaşdırılır. Şirkət rəhbəri Elon Mask əmindir ki, nəticədə hamı yeni zavodun yaranmasından bəhrələnəcək. 2021-ci ilin yayından etibarən hər il Qrünhaydda 150 minə yaxın elektrik nəqliyyat vasitəsi yığılacaq.

Xristian-Demokratik İttifaqı, Sosial-Demokrat partiyasının üzvləri və Almaniyanın Federal İqtisadiyyat və Enerji naziri Peter Altmayerin bu məsələdə gələcəkdə 12 min alman üçün iş yerləri açılacağını əsas gətirərək Elon Maska dəstək olduqları bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.