Dünya

Ərdoğan və Putin İdlibdəki vəziyyəti müzakirə ediblər

21 Fevral 2020 21:29
0 Şərh     Baxış: 2 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in Tükiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakrirə ediblər.

T.Ərdoğan İdlibdəki humanitar böhranın qarşısının alınmasının vacibliyini vurğulayıb. Türkiyə lideri bildirib ki, İdlibdə vəziyyətin nizamlanması üçün Soçi Memorandumu tam şəkildə həyata keçirilməlidir.

Türkiyə və Rusiya rəhbərləri daha əvvəl əldə edilmiş bütün razılaşmalara sadiq qaldıqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.