Dünya

Qayınata toy günü bəyin boğazını kəsib öldürdü - FOTO

21 Fevral 2020 11:34
1 Şərh     Baxış: 4 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tükiyənin Qaziantep rayonunda toyda faciə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 46 yaşlı Mehmet Gökbulud qızının toy günü kürəkəni Əsər Əfsanənin boğazını kəsərək öldürüb.

O, hadisəni törədəndən sonra polisə gedərək təslim olub.

Məhkəmə prosesində həmin şəxs törətdiyi əməli tam etiraf edib. Gökbuludun ifadəsinə görə, qızı Damla Ə.Əfsanənin onu zorla qaçırdığını və ona təcavüz etdiyini deyib. Gökbulud da Ə.Əfsanəni qızının namusunu təmizləmək üçün öldürüb.

Gökbulud bəyin hadisəyə müdaxilə edən anasını da bıçaqlayıb.

Hadisə şahidlərindən biri cinayətin əvvəldən planlaşdırıldığını deyib. Onun bildirdiyinə görə, bəyin qayınanası Ayyuş Gökbulud yallı gedənlərə gözyaşardıcı qaz paylayıb və özü də hadisə zamanı havaya gözyaşardıcı qaz püskürdüb.

Məhkəmə Gökbuludun həbsdə qalmasına qərar verib. Növbəti proses 2020-ci il may ayının 5-nə təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.