Dünya

Almaniyada kafelərə silahlı hücum nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

20 Fevral 2020 12:23
0 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:23

Almaniyada kafelərə edilmiş silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 11-ə çatıb.  

----------
08:56

Almaniyanın Hanau şəhərində atışmada səkkiz nəfər dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Bild" xəbər verib.

Prokurorluqda azı 2 nəfərin öldüyünü təsdiqləyiblər. Öz növbəsində, polis daha beş nəfərin ağır yaralandığını bildirilib.

"Hessenschau" nəşri xəbər verir ki, naməlum şəxs iki yerli qəlyanxanada atəş açıblar. Mənbənin məlumatına görə, əvvəlcə hücum edən şəxs şəhərin mərkəzindəki qəlyanxanada üç nəfəri, daha sonra Kesselştadi rayonundakı obyektdə beş nəfəri güllələyib.

Hanau şəhərində atışma törətməkdə şübhəli bilinən şəxs evində ölü tapılıb.

Ehtimal olunan cinayətkarın yanında daha bir cəsəd tapılıb.

İstintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.