Dünya

ABŞ Somalidə "Əş-Şəbab" qruplaşmasının üç silahlısını məhv etdi

20 Fevral 2020 08:43
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Hərbi Hava Qüvvələrinin Komandanlığı (AFRIKOM) Somali hökuməti ilə razılaşdırılmış şəkildə ölkənin paytaxtı Moqadişodan cənub-qərbdə yerləşən Vədacir bölgəsindəki "Əş-Şabab" qruplaşmasının məntəqəsinə hava zərbəsinin endirdiyini açıqladı.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilkin məlumatlara əsasən qruplaşmanın 3 üzvü məhv edilib.

Aviazərbə Somalinin hökumət hissələrinin ölkədəki Afrika Birliyinin sülhməramlı Missiyasının qüvvələri ilə birlikdə "Əş-Şəbab" dəstələrinin ölkənin cənubunda yerləşən Şabelle bölgəsindəki iki ordu bazasına hücum etməsindən qısa müddət sonra həyata keçirilib. Məlumata görə, döyüş zamanı hökumət qüvvələrinin itkisi 12 nəfər təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.