Masanın üstündəki qələm Paşinyanı şoka saldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın Baş Naziri Nikol Paşinyan Münhen konfransı çərçivəsində Moldova Prezidenti İqor Dodonla görüşü zamanı gözlənilməz vəziyyətlə üzləşib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dodonla görüşdükdən sonra masa arxasında əyləşən Paşinyanın diqqətini stolun üstünə qoyulmuş "Korloff" markalı qələm çəkib. Qələmi əlinə alıb bir neçə saniyə təəccüblə ona baxan erməni Baş Nazir daha sonra onu yerinə qoyub.
Qeyd edək ki, Nikol Paşinyanla Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan arasında "Korloff" qələminə görə böyük qalmaqal yaşanmışdı. Belə ki, eks-prezident Serj Sarkisyanın hakimiyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan Tovmasyanı vəzifəsindən kənarlaşdırmaq üçün ölkədə referendum keçirilməsinə belə qərar verilib. Paşinyan KM sədrinin ona xüsusi xidmətlərini təklif etdiyini bildirmiş və bu görüşün sübutu kimi Tovmasyanın ona verdiyi 500 avro dəyərindəki "Karloff" qələmini göstərmişdi.

Hrayr Tovmasyan isə əvvəlcə bu iddiaları yalanlamış, sübut göstərə bilməsə, Paşinyanı məhkəməyə verəcəyini demişdi. Daha sonra isə Baş Nazir video-müraciət hazırlayaraq həmin qələmi nümayiş etdirmiş və "Şeytan detallarda gizlidir" demişdi. Paşinyanın bu "sübut"u isə təkcə Tovmasyan tərəfdarlarına deyil, digər seqmentlərdən olan təbəqəyə də gülməli gəlmişdi. Tovmasyan isə vəkillər komandasına Paşinyana qarşı məhkəmə iddiası hazırlamağı tapşırmışdı.

Bununla belə, Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini seçməyi nəzərdə tutan referendumun keçirilməsi haqda qanun layihəsini qəbul edib. Referendumun martın sonu aprelin əvvəlində keçirilməsinin nəzərdə tutulub.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına "Mənim addımım" fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 9 hakimdən ikisinə - Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər 7 hakim və sədr Hrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
Ərdoğan ABŞ-yə getdi
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





