Dünya

Buxarada 900 il yaşı olan kiçik qəbir daşı tapılıb

14 Fevral 2020 21:56
0 Şərh     Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanın Buxara şəhərinin qədim hissəsində, Molla Payravi məscidində yenidənqurma və bərpa işləri zamanı 13/48 santimetr ölçüdə düzbucaqlı qəbir daşı aşkar olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Özbəkistan Mədəniyyət Nazirliyi yanında Mədəni İrs Departamentinin əməkdaşları qəbir daşını öyrənmək üçün Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutuna göndəriblər. İnstitutda daşın üzərindəki epitafiyanı oxumaq mümkün olub.

Daşın üzərində ərəb hərifləri ilə "Hicri 563-cü il rəcəb ayında (yeni təqvimlə 1168-ci ilin may ayı) burada "Əl-fakix Əhməd Ammor əl-Ənsəri dəfn olunub" sözləri yazılıb. Hazırda alimlər bu adamın şəxsiyyətini müəyyənləşdirirlər.

Alimlərin fikrincə, bu, çox nadir tapıntıdır. Çünki indiyədək hesab olunurdu ki, belə kiçik ölçüdə qəbir daşları ancaq Səmərqənd, Fərqanə və Daşkənddə mövcuddur. Belə bir qəbir daşının Buxarada aşkar edilməsi Özbəkistan tarixində ilk hadisədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.