Dünya

Estoniya minimum əməkhaqqına görə Aİ ölkələri arasında son sıralarda qərarlaşır

14 Fevral 2020 21:44
1 Şərh     Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqının (Aİ) Statistika Bürosunun (Avrostat) məlumatına əsasən, Estoniya minimum aylıq əməkhaqqına görə Aİ ölkələri arasında sondan səkkizinci yerdə qərarlaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə minimum aylıq əməkhaqqı 584 avro təşkil edir.

Estoniyadan daha aşağı minimum əməkhaqqı olan ölkələr aşğıdakılardır: Bolqarıstan (312 avro), Latviya (430 avro), Rumıniya (466 avro), Macarıstan (487 avro), Xorvatiya (546 avro), Çexiya (575 avro) və Slovakiya (580 avro).
ƏTRAFLI
hunergroup.az

Müqayisə üçün qeyd edək ki, siyahıda qonşu Litva Estoniyanı geridə qoyub. Bu ölkədə minimum aylıq əməkhaqqı 607 avrodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.