Dünya

Sabiq prokuror arvadını öldürüb, həyətində basdırdı - FOTO

14 Fevral 2020 10:44
0 Şərh     Baxış: 2 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Osetiyada sabiq prokuror İqor Çeldiyevin şəhərkənarı torpaq sahəsində qadın meyiti aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, tapılan meyidin sabiq prokurorun bir ay əvvəl itkin düşən arvadı İrina Bojdenkoya aid olduğu müəyyən olunub. 45 yaşlı qadın itdikdən sonra onun bacısı polisə müraciət edib. İlkin axtarışlar nəticəsiz olub.

İ.Çeldiyevin evinə gedən hüquq mühafizəçilərinin diqqətini həyətyanı sahədə ümumi landşaftdan qabaran təpə cəlb edib. Sabiq prokuror etiraf edib ki, İrinanı orada basdırıb. 

O deyib ki, aralarında mübahisə yaranıb və bundan sonra qadının başından vurub. 

İ.Çeldiyev qadının meyidini ərazidə zibillərin arasında basdırıb. Cəsəddə kəllə travması aşkarlanıb. 

İ.Çeldiyev saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.