Rusiyanın Pskov vilayətinin Pustoşin rayonunda "Mercedes" mikroavtobusu ilə yük maşını toqquşub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nəqliyyat vasitələri fevralın 12-dən 13-ə keçən gecə Rudo kəndi yaxınlığında qəza törədib. Nəticədə mikroavtobusda olan səkkiz Ukrayna vətəndaşı dünyasını dəyişib, daha iki nəfər xəsarət alıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir.
Milli.Az