Rusiyada yol qəzasında 8 Ukrayna vətəndaşı öldü - FOTO

13 Fevral 2020 08:08

Rusiyanın Pskov vilayətinin Pustoşin rayonunda "Mercedes" mikroavtobusu ilə yük maşını toqquşub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nəqliyyat vasitələri fevralın 12-dən 13-ə keçən gecə Rudo kəndi yaxınlığında qəza törədib. Nəticədə mikroavtobusda olan səkkiz Ukrayna vətəndaşı dünyasını dəyişib, daha iki nəfər xəsarət alıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Milli.Az