Dünya

Qadınlara hücum edən manyak tutuldu - FOTO

12 Fevral 2020 21:08
0 Şərh     Baxış: 2 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xabarovsk əyalətində qadınlara bıçaqla hücum edən şəxs tutulub.

Milli.Az oxu.az-a istindən xəbər verir ki, 43 yaşlı kişinin fotorobotu iki zərərçəkmiş qadının köməkliyi ilə tərtib edilib.

Xəbərdə bildirilir ki, həmin şəxs bölgədə yaşayan iki qadına bıçaqla hücum edərək onları ağır yaralayıb.

Cinayətkar saxlanılan zaman hüquq-mühafizə orqanlarına müqavimət göstərməyib və cinayət silahını könüllü təqdim edib. Məlumata görə, o, həmin gün başqa bir qadına da hücum planlaşdırıb.

İstintaq prosesində saxlanılan şəxs törətdiyi əməlini etiraf edib.

Tutulan şəxsin dediyinə görə, sevgilisi ondan ayrıldığı üçün bütün qadınlardan qisas almaq qərarına gəlib.

Qadınlara hücum edən kişinin atalığı isə bildirib ki, oğulluğu qadınlar tərəfindən sevgi ilə əhatə olunmadığı üçün belə edib:

"Onun ailəsi olmayıb. Bizimlə yaşayıb. Mənə nifrət edirdi. Bir dəfə tərbiyə etmək istədim, bıçaqla evdən qovdu. Düşünürəm ki, bu hücumların hamısı qadın sevgisindən məhrum olduğu üçündür".

Yaxın günlərdə saxlanılan şəxs məhkəmə qarşısına çıxarılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.