Dünya

Boqdanın istefa səbəbi açıqlandı

12 Fevral 2020 09:23
0 Şərh     Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Andrey Boqdanın Ukrayna Prezidenti Ofisinin rəhbəri vəzifəsindən istefa verməsinin səbəbi açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, buna səbəb ölkə Prezidenti Vladimir Zelenskinin onu özü ilə İtaliya səfərinə götürməməsi olub.

Mənbələrin sözlərinə görə, bu, "son hədd" olub. İtaliyada Prezident Zelenski Roma Papası ilə görüşüb, səfər boyu onu köməkçisi Andrey Yermak və DİN rəhbəri Arsen Avakov müşayiət edib, hansılarla ki, Boqdan xoş münasibətdə deyil.

"Andrey Lvovdan olan yunan katolikidir. Və onu Vatikana ezamiyyətə aparmayıblar. Burada artıq şəxsi inciklik yaranıb, bundan sonra, bazar ertəsi o, Prezidentlə söhbət etməyə gedib", - nəşrin həmsöhbəti hadisələr barədə danışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.