Türkiyənin Müdafiə Nazirliyi İdlibdə daha 51 Suriya ordusunun hərbçisini zərərsizləşdirildiyini açıqladı. Bundan əlavə bir silah anbarı, bir zenit qurğusu, iki tank məhv edildi və bir tank ələ keçirildi.
Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl Ankara 101 Suriya hərbçisini zərərsizləşdirildiyini bildirib.
Xatırladaq ki, fevralın 3-də Suriya ordusunun İdlibdə açdığı atəş nəticəsində 8 türk əsgəri və mülki şəxs həlak olub.
Milli.Az