Dünya

Karantində olan kruiz gəmisindəki yaşlılar və xəstələr təxliyyə olunur

11 Fevral 2020 11:35
0 Şərh     Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada karantində olan kruiz gəmisindəki yaşlıların və xəstələrin təxliyyəsinə başlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, koronavirus səbəbi ilə karantinə alınan "Diamond Princess" gəmisindən xroniki xəstəlikləri olan şəxslər və yaşlılar çıxarılır.

Qeyd edilir ki, Yaponiyada 161 nəfər koronavirusa yoluxub. O cümlədən, Yokohama limanına gəldiyi zaman 3700 nəfərin olduğu "Diamond Princess" kruiz gəmisinin 135 sərnişini və ekipaj üzvündə virus olduğu təsdiqlənib.

Yaponiya Xarici İşlər Nazirliyi fevralın 10-da gəmidəki 3700 nəfər sərnişindən 1850 nəfərin dərman üçün tibb işçilərinə müraciət etdiyini bildirib. Gəminin sərnişinlərinin yarısından çoxu 70 yaşdan yuxarı insanlardır.

Ümumilikdə, gəmidə olan 135 nəfər yeni koronavirusa yoluxub. Gəmidə karantin fevralın 19-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.