Dünya

Cənubi Koreyada 28-ci yeni növ koronavirusa yoluxma halı təsdiqləndi

11 Fevral 2020 09:15
0 Şərh     Baxış: 1 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyada 28-ci yeni növ koronavirusa yoluxma halı təsdiqlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin Təşkilatından bildirilib.

Məlumata əsasən, yeni növ koronavirusa yoluxan 30 yaşlı Çin vətəndaşırıdır. Daha əvvəl virusa yoluxan şəxslə ünsiyyətdə olduğuna görə o ev karantinində saxlanılırdı. Analizlərin cavabları çıxdıqdan sonra onunda virusə yoluxduğu təsdiqlənib. Hazırda yeni növ koronavirusa yoluxan Çin vətəndaşı Koyan şəhərinin xəstəxanasında karanatinə yerləşdirilib.

Təşkilatdan bildirilir ki, daha əvvəl yoluxanlardan artıq 4 nəfər sağalıb və evə buraxılıb.

Hazırda 24 nəfər müalicə alır, 865 nəfər isə yoxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.