Dünya

Çində koronavirusdan ölənlərin sayı 811-ə çatıb

9 Fevral 2020 08:12
1 Şərh     Baxış: 1 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

08:12

Çində yeni növ koronavirusdan ölənlərin sayı 811 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 37,1 mindən artıq insan koronavirusa yoluxub, 2649 sağalıb və evə buraxılıb.

Bildirilir ki, yeni növ koronavirusa yoluxanlardan 6188 nəfərinin vəziyyəti ağırdır.

---------

03:24

Çində yeni növ koronavirusdan ölənlərin sayı 803 nəfərə çatıb.

Trend "TASS"a istinadən verdiyi məlumata görə, son sutka ərzində Hubey əyalətində 2147 yeni növ virusa yoluxma halı qeydə alınıb, 81 nəfər ölüb.

Qeyd edilir ki, ümumilikdə Çində ölənlərin sayı 803 nəfərə, yoluxanların sayı isə 36,5 minə çatıb.

---------

02:37

Çinin Hubey əyalətində yeni növ koronavirusdan daha 81 nəfər ölüb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, beləliklə Hubey əyalətində koronavirusdan ölənlərin sayı 780 nəfər çatıb.

Yeni məlumatlara əsasən, əyalətdə yeni növ koronavirusa yoluxanların da sayı artaraq 27,1 min nəfər çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.